Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

ÖLKƏ

29 Aprel 2024 17:10

Oxunma sayi: 523
Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

Sabirabad rayon sakinini elektrik cərəyanı vurub.

Məlumata görə, hadisə rayonun Polad Toğay kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Ramil Mübariz oğlunu iş zamanı ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!