Safura 4-cü övladına hamilədir? - FOTO

ŞOU BİZNES

09 May 2024 16:41

Oxunma sayi: 617
Safura 4-cü övladına hamilədir?  - FOTO

Avroviziya təmsilçimiz Safura Əlizadənin 4-cü dəfə hamilə olduğu iddia edilib.

Azmedia.Az  bildirir ki, buna səbəb sənətçinin paylaşdığı fotolardakı görüntüsü olub.

Safura bol geyimi və artıq çəkisi ilə izləyicilərinin diqqətini çəkib. 

Onlar "Deyəsən, 4-cü körpə gəlir" kimi şərhlər yazıblar.

Qeyd edək ki, mərhum nazir Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evli olan sənətçinin Aişə, Natiq və İsgəndər adlı üç övladı var.  

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!