Şagirdin öldüyü məktəb direktoru detalları AÇIQLADI - FOTO/VİDEO

ÖLKƏ

07 May 2024 12:15

Oxunma sayi: 1211
Şagirdin öldüyü məktəb direktoru detalları  AÇIQLADI - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib. Hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında olub.

Azmedia.Az bildirir ki, hadisənin baş verdiyi məktəbin direktoru detalları danışıb. O bildirib ki, hadisə dünən baş verib:

"Şagird Əliyev Aslan 2 dərs məktəbdə olub, daha sonra tənəffüsə çıxıb və məktəbə qayıtmayıb. Sonra xəbər gəldi ki, vəfat edib. Vəfatın səbəbi məlum deyil, araşdırılır".

Direktor bildirib ki, insidentdəki digər şagirdlə bağlı məlumatı yoxdur.

Ətraflı baku tv-nin sujetində:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!