Sahir Rüstəmov aparat rəhbəri təyin edildi

ÖLKƏ

26 Aprel 2024 13:40

Oxunma sayi: 235
Sahir Rüstəmov aparat rəhbəri təyin edildi

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib.

Azmedia.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun müvafiq Sərəncamına əsasən, Sahir Kamil oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatnın rəhbəri vəzifəsinə təyin edilib.

Sahir Rüstəmov bu təyinatadək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Naxçıvan Nazirlər Kabinetinin Aparat rəhbəri Aləm Bağırov dünən vəzifəsindən azad olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!