Salyanda gənc müəllimlərlə görüş keçirilib

ÖLKƏ

26 Aprel 2024 20:31

Oxunma sayi: 251
Salyanda gənc müəllimlərlə görüş keçirilib

Milli Məclisin deputatı Jalə Əhmədova və Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli gənc müəllimlərlə görüş keçirib. 

Azmedia.az-ın məlumatına görə, tədbirdən öncə Salyan rayon ümumi təhsil müəssisələrinin şagirdlərinin "Yaşıl dünya naminə həmrəylik ili" və dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzilinin 530 illiyinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Müəllimlərlə görüş zamanı millət vəkili Jalə Əhmədova çıxışında gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu, bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini bildirib. Dövlətimizin təhsil sahəsinə  qayğısından ruhlanaraq  gənclər arasında müəllim peşəsinə marağın artdığını vurğulayan deputat gələcəyimiz olan şagirdlərin savadlı yetişməsində fədakar müəllimlərin rolunun danılmaz olduğunu qeyd edib.

 Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli son illərdə təhsil sahəsində aparılan islahatlardan və əldə edilən nəticələrdən danışıb. İdarə müdiri müəllimlərin bilik və bacarıqlarının artırılması, təhsildə baş verən yeniliklərin mənimsənilməsi, şagirdlərlə qarşılıqlı ünsiyyətin uğurlu formalaşması məsələlərinə toxunub. Sənan Mənsimli  müəllimlərin peşə fəaliyyətinin artırılması məqsədilə İKT, dil bacarıqlarının inkişaf etdirilməsi və onların tədris prosesində tətbiqinin zəruriliyini vurğulayıb.

Sonra  müəllimlərin ehtiyac və qayğıları dinlənilib, onlara müvafiq tövsiyələr verilib.  Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə gənc müəllimləri düşündürən məsələlər müzakirə edilib.

Tural Ədalətoğlu

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!