Sarıköklə dərini gözəlləşdirin

SAĞLAMLIQ

29 May 2023 09:24

Oxunma sayi: 567
Sarıköklə dərini gözəlləşdirin

Mətbəxdə çox istifadə olunan sarıkökün gözəllik üçün xeyirli vasitələri də az deyil. Evdə hazırlanan maskalarda ən çox istifadə edə biləcəyiniz ədviyyatdır.

Azmedia.Az  xəbər verir ki, bu ədviyyət bir çox dəri problemlərinin qarşısını alır. Dərini gözəlləşdirməklə yanaşı, müalicə edib bir çox problemi aradan qaldırır.

Ən əsası isə onu dəri ağartmaq üçün istifadə edə bilərsiniz. Zəngin antioksidant və antibakteriya özəllikləri var.

Dəridəki sızanaq köklərini qurudur. Bəzir ləkələri aradan qaldırır.

2 xörək qaşığı un və ya qarğıdalı nişastası götürüb üzərinə 1 çay qaşığı bal və sarıkök tökün. Qarışdırıb üzünüzə çəkin və 15 dəqiqə saxladıqdan sonra yuyun. Həftədə 2 dəfə maskanı təkrarlaya bilərsiniz.

Bir az badam və ya düyü unu götürüb sarıköklə qarışdırıb üzünüzə çəkin. Bu, üzdəki ölü dərini yox edəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!