Satışda olan qarpız və yemiş təhlükəsizdir? VİDEO

İQTİSADİYYAT

09 May 2023 08:00

Oxunma sayi: 905
Satışda olan qarpız və yemiş təhlükəsizdir?   VİDEO

Mövsümü olmasa da, market və bazarlarda qarpız və yemiş satışına rast gəlinir. Qiymətləri müxtəlif olan qarpız və yemiş alanların sayı heç də az deyil.

Bazarda qarpızın 1 kiloqramı 1,50-2,50 manat arası satılırsa, yemişin bir kiloqramı 4-5 manat arasında dəyişir.

Satıcılar bəzən gün ərzində 100 kiloqram qarpız satıldıqlarını bildirirlər.

Yerli məhsul satışa iyul ayının sonlarında çıxacağından qarpız və yemiş alan şəxslər diqqətli olmalıdırlar. Onların təzəliyinə fikir vermək, kəsdikdən sonra isə bir neçə saat soyuducuda saxlamaq tövsiyə olunur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!