Saxta qızılı necə ayırd etməli? VİDEO

İQTİSADİYYAT

12 İyun 2023 14:39

Oxunma sayi: 3578
Saxta qızılı necə ayırd etməli?   VİDEO

2018-ci ilin sonuna qədər Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası ölkədə satılan zərgərlik məhsullarına nəzarət funksiyasına malik idi, lakin bu qurum ləğv olunduqdan sonra sözügedən sahədə vahid idarəetmə mexanizmi yoxdur. Bunun əvəzində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Xidməti yaradılıb.

Ticarət mərkəzlərinin əksəriyyətində zərgərlik məhsullarının satıldığı şöbələr var. Xezerxeber.az həmin şöbələrdə alverin gedişi, həmçinin keyfiyyət məsələsini araşdırıb.

Sorğu zamanı alıcılar məhsulu, sadəcə, satıcıya inanıb aldıqlarını, qızılın keyfiyyəti və əyarı ilə maraqlandıqlarını bildiriblər.

Satıcılar isə zinət əşyasını alarkən onun tərkibində qızılın keyfiyyətli olub-olmadığını xüsusi üsulla yoxlayıb, sonra aldıqlarını deyirlər. Satıcılara inansaq, bazarda saxta, yaxud da keyfiyyətsiz qızıl çox azdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!