Səhiyyə Nazirliyinin psixiatrı valideynlərə çağırış edib

SAĞLAMLIQ

31 May 2023 17:10

Oxunma sayi: 538
Səhiyyə Nazirliyinin psixiatrı valideynlərə çağırış edib

“Uşaqlar arasında psixoloji problemlər həm anadangəlmə, həm də sonradan qazanılmış ola bilir”.

Azmedia.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib.

O bildirib ki, uşaqlar arasında da depressiyadan əziyyət çəkənlər var:

“Bəzi hallarda insanlar depressiyaya yalnız yetkin insanlarda rast gəlindiyini düşünürlər. Amma bu, belə deyil. Bu psixi pozuntuya uşaqlar arasında da rast gəlinir. Eyni zamanda, depressiya uşaqlarda böyüklərdən daha tez və sürətli yaranır. Buna görə də valideynlər diqqətli olmalıdırlar”. (oxu.az)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!