Selena Qomez sevgilisinə görə bir gün ərzində milyondan çox izləyicisini itirib - FOTO

ŞOU BİZNES

02 May 2024 10:43

Oxunma sayi: 461
Selena Qomez sevgilisinə görə bir gün ərzində milyondan çox izləyicisini itirib  - FOTO

Məşhur müğənni Selena Qomez sevgilisi Benni Blankoya görə bir gündə 1 milyondan çox izləyicisini itirib.

Selena Qomez Benni Blanko ilə birgə fotolarını paylaşdıqdan bir gün sonra müğənninin izləyicilərinin sayı 429 milyondan 428 milyona qədər azalıb. Şərhlərdə onlar cütlüyü və prodüserin xarici görünüşünü bəyənmədiklərini yazıblar.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Selena Qomez musiqi prodüseri Benni Blanko ilə görüşdüyünü təsdiqləyib. Məşhur sosial şəbəkədə yeni sevgilisi ilə birgə fotolarını paylaşıb. Ulduzlar bir-birlərini çoxdan tanıyırlar. 2021-ci ildə Selena Gomez və Benni Blanko “I Can't Get Enough” mahnısı üzərində əməkdaşlıq ediblər. Yanvar ayında müğənni ilk dəfə sevgilisi ilə ictimaiyyət qarşısına çıxıb. Sevgililər “Emmi” mükafatlandırma mərasimində birlikdə görüntüləniblər.

 

Mənbə: People

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!