Şəmkirdə avtomobil maneəyə çırpılıb, ölən var

ÖLKƏ

30 Aprel 2024 10:32

Oxunma sayi: 287
Şəmkirdə avtomobil maneəyə çırpılıb, ölən var

Şəmkir rayonu Kür qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hərəkətdə olan BMW markalı minik maşını yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı sərnişin, rayonun Mahmudlu kənd sakini - 1985-ci il təvəllüdlü Aslan Kirov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!