Səudiyyə Ərəbistanı neft hasilatını daha da azaltmaq niyyətindədir

İQTİSADİYYAT

05 İyun 2023 12:27

Oxunma sayi: 368
Səudiyyə Ərəbistanı neft hasilatını daha da azaltmaq niyyətindədir

Səudiyyə Mətbuat Agentliyi (SPA) Səudiyyə Ərəbistanının Energetika Nazirliyindəki rəsmi mənbəyə istinadən bildirib ki, krallıq iyul ayında əlavə neft hasilatının mümkünlüyü ilə 1 ay müddətində gündəlik neft hasilatını daha da 1 milyon barel azaldacaq. 

Agentliyin nəşrində deyilir ki, bunun sayəsində Səudiyyə Ərəbistanının neft hasilatı sutkada 9 milyon barrelə çatacaq və krallığın neft hasilatını könüllü olaraq ümumi azaltması da öz növbəsində 1,5 milyon barrelə bərabər olacaq.

Qeyd olunur ki, neft hasilatının könüllü şəkildə azaldılması neft bazarlarında sabit vəziyyəti qorumaq üçün OPEC+ ölkələri tərəfindən görülən qabaqlayıcı tədbirlərin gücləndirilməsinə yönəlib.

mənbə:Mk.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!