Sevgilisinə hücum edən aktyor filmdən uzaqlaşdırıldı

ŞOU BİZNES

13 Yanvar 2024 20:00

Oxunma sayi: 107
Sevgilisinə hücum edən aktyor filmdən uzaqlaşdırıldı

Sevgilisinə hücum edən ABŞ-li aktyor Conatan Meycors çəkildiyi filmdən çıxarılıb.

Azmedia.Az xarici KİV-ə istinadən xəbər verir ki, artıq "Marvel" studiyaları aktyorla çalışmaq istəmir.

"Marvel" filmlərindəki "Kang" obrazı ilə məşhurlaşan Conatan 2026-cı ildə də “Avengers: The Kang Dynasty" adlı filmdə çəkiləcəkdi.

Hazırda isə aktyorun obrazını kimin ifa edəcəyi açqılanmayıb.

Xatırladaq ki, Conatan Meycors ötən il xoreoqraf sevgilisi Qreys Cabbariyə hücum edərək onu döyüb. Bundan sonra Qreys sevgilisini məhkəməyə verib. 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!