Siçanlarla yaşayan 80 yaşlı qadın kimin anasıdır? - İmkanlı uşaqları analarını zibilliyə atdı - VİDEO

ÖLKƏ

01 Aprel 2024 13:23

Oxunma sayi: 183
Siçanlarla yaşayan 80 yaşlı qadın kimin anasıdır? -  İmkanlı uşaqları analarını zibilliyə atdı - VİDEO

Bakıda 80-dən çox yaşı olan ahıl qadın kimsəsiz vəziyyətdə yaşayır.

Azmedia.Az xəbər verir ki, bu barədə Baku TV-yə məlumat daxil olub. Məlumatla əlaqədar kanalın əməkdaşı sözügedən qadının mənzilinə yollanıb.

Məlum olub ki, evini tərk etmək istəməyən tənha qadına qonşuları yardım edir.

Onların sözlərinə görə, qadının övladları xaricdə yaşayırlar: “Oğullarından biri ABŞ-də, digəri isə İsraildə yaşayır. Qızları analarını görməyə gəlirlər.

Evinin sənədləri qızının adınadır. Birinci həyat yoldaşından olan oğulluğu ona yemək-filan gətirir”.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi təcili tibbi yardım maşını vasitəsilə qadını müayinə olunması üçün xəstəxanaya yerləşdirib. O, müalicədən sonra sığınacağa yerləşdiriləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!