Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə “Qərbi Azərbaycana qayıdış“ olimpiadasının rayon/şəhər mərhələsi keçirilib

ÖLKƏ

27 Aprel 2024 18:24

Oxunma sayi: 145
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə “Qərbi Azərbaycana qayıdış“ olimpiadasının rayon/şəhər mərhələsi keçirilib

Bu gün Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasının ilkin mərhələsi təşkil olunub. 

İdarədən Azmedia.az-a verilən məlumata görə, ölkə üzrə 9 mindən çox şagirdin iştirak etdiyi olimpiadaya  Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 3371 nəfər şagird qatılıb.

İlkin mərhələdə şagirdlərə qapalı test formatında 30 sual təqdim edilib və onların cavablandırılması üçün 70 dəqiqə vaxt verilib. Bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.

Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə keçirilir.

Tural Ədalətoğlu

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!