SON DƏQİQƏ!Bakıda güclü yanğın: Xeyli sayda yaralı var

ÖLKƏ

06 Aprel 2024 12:44

Oxunma sayi: 1091
SON DƏQİQƏ!Bakıda güclü yanğın:  Xeyli sayda yaralı var

Bu gün Binəqədi rayonu, Azadlıq prospektində mənzildə baş verən yanğınla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub.

Azmedia.Az  xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

İlkin məlumata əsasən, yanğında 14 nəfər xəsarət alıb.

Onlardan 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!