Şoyqu: NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır

DÜNYA

26 Aprel 2024 14:01

Oxunma sayi: 228
Şoyqu:  NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır

NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır.

Azmedia.Az  xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin müdafiə nazirlərinin görüşündə deyib.

O bildirib ki, bu, hərbi təhlükəsizliyə əlavə təhdiddir: “İndi deyirlər ki, əgər Rusiya Ukraynada dayandırılmasa, Alyans ölkələrinə hücum edəcək. Halbuki, bizə yaxınlaşan onlardır”.

Nazirin sözlərinə görə, Rusiya başqa dövlətlərin işlərinə qarışmamaq siyasətinə sadiqdir: “Eyni zamanda Sovet İttifaqının dağılmasından sonra NATO-nun Şərqə doğru genişlənməsi davam edir. Amma 1990-cı illərdə bizə bunun baş verməyəcəyi vəd edilmişdi”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!