“Space TV“nin canlı efirində alim HUŞUNU İTİRDİ - VİDEO

ÖLKƏ

01 Aprel 2024 09:55

Oxunma sayi: 720
“Space TV“nin canlı efirində alim  HUŞUNU İTİRDİ - VİDEO

"Space" televiziyasının canlı efirində gözlənilməz hadisə yaşanıb.

AzmediA.az bizim.media-ya istinadən bildirir ki, "31 mart Azərbaycanlıların Soyqırım Günü"nə həsr olunan "1918-ə gedən yol" verilişində qonaq olan yaşlı alimin canlı efirdə qəfil halı pisləşib.

Sözügedən proqramın aparıcısı Amil Xəlil alimə sual verərkən özünü pis hiss edib. Bunu görən Amil dərhal alimin yanına gələrək onu yıxılmaqdan qoruyub. 

Alimin huşunu itirdiyini görən aparıcı məcburən reklamlara keçid alıb.

5 dəqiqə reklam fasiləsindən sonra canlı efir öz yayımını davam etdirib. Amil alimin özünü yaxşı hiss etdiyini bildirib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!