Stresdən xilas edən çay

SAĞLAMLIQ

15 May 2023 08:45

Oxunma sayi: 523
Stresdən xilas edən çay

Stres insan orqanizmində yaranan narahatlıq və ya gərginlikdir. Bu hal davamlı olarsa, depresiyaya çevrilə bilər.

Azmedia.Az  xəbər verir ki, streslə mübarizə aparmağın ən asan yollarından biri bitki tərkibli çaydan istifadə etməkdir.

Lazım olanlar:

50 qr. çobanyastığı çiçəyi

50 qr. melisa

30 qr biyan kökü

20 qr yaşıl çay

Bu bitkiləri qarışdırıb quru şüşə qabda saxlayın. 300 ml qaynar suya 1.5 ç.q əlavə edərək 8 dəqiqə ağzı qapalı olaraq dəmləyin. Hər gecə yatmazdan 2-3 saat əvvəl qəbul edin.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!