Sumqayıtda qızını suda boğan ata DANIŞDI: VİDEO

ÖLKƏ

02 Aprel 2024 17:28

Oxunma sayi: 1616
Sumqayıtda qızını suda boğan ata DANIŞDI:  VİDEO

Sumqayıtda 1 yaş 4 aylıq qızını dənizdə boğaraq qətlə yetirməkdə ittiham olunan Ahmet Turan Yeşil danışıb.

Azmedia.Az xəbər verir ki, o, Baku TV-yə açıqlamasında psixoloji problemləri olduğunu bildirib: “Psixoloji sıxıntılarım, problemlərim var idi. Maddi problemlərim vardı”.

Qeyd edək ki, martın 31-i Sumqayıtda azyaşlı Zeyneb Yeşilin dəniz sahilində meyiti tapılıb. Onun qətlə yetirilməsi məlum olub və atası 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşil şübhəli şəxs qismində tutulub.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!