Süni mayalanmaya mənfi təsir edən amillər nələrdir? HƏKİM AÇIQLADI

SAĞLAMLIQ

11 May 2023 08:59

Oxunma sayi: 727
Süni mayalanmaya mənfi təsir edən amillər nələrdir?   HƏKİM AÇIQLADI

Türkiyəli həkim Nafiye Karakaş Yılmaz süni mayalanma müalicəsinə mənfi təsir edən amilləri açıqlayıb.

Azmedia.Az  xəbər verir ki, həkim Nafiye Karakaş müalicənin gedişatında ən əhəmiyyətli faktorun ananın yaşı olduğunu bildirib.

Onun sözlərinə görə, ananın yaşı həm yumurta ehtiyatı, həm də yumurta keyfiyyəti baxımından əhəmiyyətlidir:

"Ananın yumurtalıq ehtiyatının yaxşı olması süni mayalanma prosesində müsbət rol oynayır. Bundan başqa bu gün cütlüklərin təxminən 50%-də sonsuzluq aşkar edilir. Əksər hallarda kişi sonsuzluğunun səbəbi genetik faktorlar, hormonal problemlər, infeksiya, siqaret, spirt istifadəsi, ətraf mühit faktorları, kimyəvi təsirlər və artıq çəki ola bilər".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!