Sürətlə gələn maşın üç avtomobili əzib ağaca çırpıldı - ANBAAN VİDEO

ÖLKƏ

06 May 2024 15:29

Oxunma sayi: 367
Sürətlə gələn maşın üç avtomobili əzib ağaca çırpıldı  - ANBAAN VİDEO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə ötən gün qeydə alınıb.

Belə ki, hadisə zamanı avtomobil yol kənarında dayanmış üç avtomobilə çırpılıb. Qəzaya hərəkətdə olan avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Nəticədə 4 avtomobilə ziyan dəyib. 1 nəfər sürücü isə son anda qəzadan xilas olub.

Qəzanın anbaan görüntüsünü təqdim edirik:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!