Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

ŞOU BİZNES

18 Mart 2024 14:27

Oxunma sayi: 161
Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“İlk evliliyim alınmadı, ikinci dəfə ailə həyatı qurdum”.

Azmedia.Az xəbər verir ki, bunu “qaynarinfo”ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu ikinci dəfə ailə qurmasından danışarkən deyib. 

Sənətçi bildirib ki, buna görə kimisə ittiham etmək düzgün deyil:

“Həyatdır, heç kəs bilmir sabah başına nə gələcək. Adam ailə həyatı quranda taleyinin necə nəticələnəcəyini bilsəydi, nə var idi ki... Ona görə - “filankəs boşandı, filankəs yenidən evləndi”, - deyə kimisə ittiham eləmək düzgün deyil”. 

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu telekanalların birində birinci evliliyinin alınmaması və ikinci dəfə ailə qurması ilə bağlı açıqlama verib. Onun bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!