Tanınmış aparıcının ailəsi ölümdən döndü - Bakıda ağır qəza - FOTO/VİDEO

ÖLKƏ

19 Mart 2024 21:00

Oxunma sayi: 1854
Tanınmış aparıcının ailəsi ölümdən döndü -  Bakıda ağır qəza - FOTO/VİDEO

Diksiya Akademiyasının rəhbəri, tanınmış aparıcı Cəlalə Nəzəroğlunun ailəsi qəzaya düşüb. 

Azmedia.Az xəbər verir ki, bu barədə aparıcı özü sosial şəbəkə hesabında paylaşım edib. 

O bilidirib ki, hadisə nəticə ailə üzvlərindən heç biri xəsarət almayıb. 

“Konserv qutusuna çevrilmiş bu maşında mənim qardaşlarım, anam, gəlinlərimiz vardı. Bu gün bayramı qeyd etmək üçün bizə qonaq gəlirdilər. Şükür, heç bir xəsarət almadan avtomobildən çıxarıldılar. Allahın möcüzəsi böyükdür”. 

Qeyd edək ki, bu gün Bakı dairəvi avtomobil yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində 10-a yaxın avtomobil bir-biri ilə toqquşub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!