Tanınmış iş adamı komanda üçün yeni baza tikir -FOTOLAR

İDMAN

30 Mart 2024 18:04

Oxunma sayi: 798
Tanınmış iş adamı komanda üçün yeni baza tikir  -FOTOLAR

Yevlax şəhər stadionunda yeni bazanın tikintisi aparılır.

 Azmedia.Az sportinfo.az-a istinadən xəbər verir ki, arenanın giriş hissəsində yerləşən bina sırf «Karvan»ın əsas komandası üçün nəzərdə tutulub.

Hazırda I Liqada mübarizə aparan kollektiv bir müddət sonra burada yerləşdiriləcək. Hələlik isə onlar Kür çayının kənarında yerləşən kotec tipli evlərdə qalmaqdadır.

Həmin baza stadiondan xeyli uzaq məsafədə yerləşdiyindən, klub rəhbərliyi yenilik etməyə qərar verib.

İkimərtəbəli binanın mayın sonunadək təhvl verilməsi gözlənilir. 40-a yaxın otağın olduğu mərkəzdə futbolçuların istirahəti üçün yer də nəzərdə tutulub.

Bütün bu işlər Şahmar Vəliyevin şəxsi maliyyəsi hesabına həyata keçirilir. Tanınmış iş adamının 2004-cü ildə mövcud stadionun inşasına da böyük əmək sərf etməsini xatırladaq.

Tanınmış iş adamı komanda üçün yeni baza tikir -

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!