Tanınmış psixoloq sirrləri açdı: ... “Nə qədər uşaqlara qadağa qoysaq...”

SAĞLAMLIQ

28 Avqust 2019 14:36

Oxunma sayi: 539
Tanınmış psixoloq sirrləri açdı: ...      “Nə qədər uşaqlara qadağa qoysaq...”

“Təəssüflər olsun ki, gələcəyimiz olan uşaqlar çoxsaylı komplekslərdən, özünə inamın aşağı səviyyədə olmasından əziyyət çəkirlər”.

 

Bu sözləri Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova Azmedia.com.az-a özəl müsahibəsində deyib.

 

- Elnarə xanım, niyə məhz psixologiya? Kimdir psixoloq?

- Ümumiyyətlə insanlar peşə seçərkən öz xarakterlərini nəzərə almalıdırlar. Çünki ünsiyyəti sevməyən, assosial insanlar və qarşı tərəfi dinləməyi bacarmayan, yardım etməyi dəstəkləməyən insanlar bu sahəni seçib inkişaf edə bilməz. Psixologiya son 3 ildə ölkəmizdə sürətlə inkişaf edən dəstəklənən və ehtiyac duyulan ixtisaslar arasındadır. Psixoloq - sözlə sağaldan, qarşı tərəfi dinləyib problemini analiz edən və empatiya etməyi bacaran bir şəxsdir. Bəzən kiməsə, “psixoloqa müraciət et” deyəndə dərhal bele bir reaksiya gəlir “mən dəliyəm ki, psixoloqa müraciət edim?” Bu ondan xəbər verir ki, qarşı tərəfin bu sahədə anlayışı zəifdir. Onların düşündükləri psixiatırlardır, hansı ki, onlar dərmanla müalicə edirlər. Bizim işimiz sözlə müalicə etməkdir.

 

- Bu gün uşaqlarda ən çox rast gəlinən psixoloji problemlər hansılardır?

- Təəssüflər olsun ki, gələcəyimiz olan uşaqlar çoxsaylı komplekslərdən, özünə inamın aşağı səviyyədə olmasından əziyyət çəkirlər. Bildiklərini özgüvən aşağı olduğundan nümayiş etdirməyə ehtiyac duymurlar. Bu özgüvənsizlik hissi də birbaşa ailədən qaynaqlanır. 3 yaşında olan uşaqları tərbiyə etmək imkanımız var. Bu dönəmi valideynlər də çox diqqətli keçirməlidirlər. Bəzən onlar maddi duruma adaptə olduqlarından sevgi bəxş etməyi arxa plana atırlar. Bu da, gələcəkdə bu kimi psixoloji problemləri önə çıxarır. Yenə də sonda valideynlər əziyət çəkir.

 

- Psixoloq xidməti bütün dünyada çox bahadır. Ölkəmizdə valideynlərin buna imkanı çatırmı?

- Bəli, Türkiyə və Avropaya baxsaq, orada psixoloq qiyməti çox bahadır. Buna baxmayaraq, hər kəs bu xidmətdən yararlanmağa çalışır. Bizim ölkədə bu xidmət çox münasibdir. Lakin nədənsə müraciət etməyə tərəddüd edirlər. Gəlsələr belə, nəyisə gizlətməyə çalışırlar. Sanki nəyisə yanlış edirlər. Lakin düşünmürlər ki, vaxtında hər hansı psixoloji problemi aradan qaldırmaq, gələcəkdə ağır bir xəstəliyin qarşısını almaq deməkdir. Valideyn uşağını bizə gətirəndə ona birgə işləməyi təklif edirik. Çünki uşağın hər hansı psixoloji problemi valideyndən qaynaqlanır. Bəzi uşaqlar var, xüsusən də oğlan uşaqları anaya çox bağlı olurlar, buna da psixologiyada “edipov komples” deyilir. Həmin uşaqlar məktəbdə belə oturmaq istəmirlər. Tələb edirlər ki, anaları onunla getsin, bütün dərs boyu məktəbdə əyləşsin. Bu çox yanlışdır və birbaşa uşağın özünə inamın aşağı olması deməkdir. Bu daha çox boşanmış ailələrdə olur. Belə olan halda oğlan uşaqları atadan çox ana ilə münasibətdə olurlar. Ona görə də nəticə, məhz belə olur. Valideynlər ayrı olsalar belə ata çalışmalıdır ki, oğlu ilə zaman keçirsin və ona hər sahədə örnək olsun.

 

- Anaya bağlı həssas uşaqlarla məktəbdə necə davranmaq lazımdır?

- Ümumiyyətlə, belə bir deyim var “qadağan olunmuş meyvə şirin olur”. Nə qədər uşaqlara qadağa qoysaq bir o qədər nəyin düzgün, nəyin yalnış olduğunu dərk etəyəcək. O, qızıl çərçivəni hər bir valideyn qorumağı bacarmalıdır. İcazə verin, uşaq inkişaf etsin, daha çox öyrənsin və özünü bu həyatda sübut etsin. Hər nüansa qadağa qoysaq neçə yaşı olur-olsun, infantil olaraq böyüyəcək, yəni yaşı böyük, lakin psixoloji və düşüncə tərzi aşağı səviyyədə olacaq.

 

- Uşaqları ifrat dərəcədə qorumaq və tərbiyələrinə müdaxilə etmək düzgündürmü?

- Zərərli vərdişləri yaradan səbəb ailədə diqqətsizlik və daha sonra ətraf-mühitdən qaynaqlanır. Diqqətsizlik deyərkən, valideyn hər zaman uşağın nə kimi oyunlar oynadığına, nə izlədiyinə, kiminlə danışıb dostluq etdiyinə nəzarət etməlidir. Bəzən düşünürlər ki, nə edir, etsin evdə uşağın səsi çıxmasın, mən də rahat şəkildə ev işlərimi görüm, telefonda dostlarımla danışım. Belə olan təqdirdə təbii ki, uşaq zərərli vərdişlərə yiyələnəcək. Hansı ki, ona sonra nəyisə izah etmək çox çətin olacaq.

 

- Uşaqları cəzalandırmaq lazımdırmı?

- Zərərli vərdişlərdən qorumaq üçün məktəblərdə bu mövzu ilə bağlı tədbirlər olsa yerinə düşər. O zərərli vərdişlər insanı hansı duruma salır uşaqlar vizual olaraq görər və nəticə çıxarar. Ona görə də düşünürəm ki, uşağa ciddi cəza vermək bəzi fəsadlara gətirib çıxara bilər.

 

- Müasir gənclikdə aqressivlik meyllərini tez-tez müşahidə edirik. Bunun səbəbini necə izah edə bilərsiz?

- Aqresivlik usaqlarda daxili durumlariyla qaynaqlanir illerle yiqdiqlari frustrasiya halinda partlayish edir. Artik sinir qiriqliqi yasayirlar.

 

- Bəs uşaqlıq dövründə yaşananlar gələcəkdə uşağın şüuraltında qalaraq inkişaf edə bilər?

- Uşaqlıqda yaşadığımız hər xırda detal istər-istəməz gələcəkdə bizim həyatımıza yazılır. Hər davranışımıza təsir göstərir. Ona görə, uşaqlıqda psixoloqa müraciət etsələr böyüdükcə yaşadıqları hər hansı psixoloji durumun qarşını almış olarlar. Sabah ailə həyatı quranda belə əziyyət çəkmiş olurlar.

 

- Ailədə övladların sayı artdıqca valideynlər övladlarına diqqəti necə bölməlidir?

- Ailədə övladın çox olması istər-istəməz aralarında qısqanclıq yaradır. Bəzən uşaqlar paylaşmağı bilmirlər. Onlara bu vərdişi yenə də valideyn aşılamalıdır. Bəzən oğlan övladına daha çox zaman ayırırlar. Nə istəsələr edirlər. Lakin qızlar ikinci planda qalır. İstər oğlan, istər qıza eyni səviyyədə diqqət ayrılmalıdır.

 

- İctimai qınaq bəzi məqamlarda problem, fəlakət yaradır. Sizcə bunun səbəbi nədir? Məktəbli yaşında olan uşaqlarda intihar halları artıb. Bu bəlanın səbəbləri barədə sizin fərqli versiyanız varmı?

- Çox təəssüf ki, məktəbli intiharları çox geniş yayılıb. Bu ondan irəli gəlir ki, valideynlər uşaqlarının istəyindən çox, ətraf mühiti düşünürlər, uşaqlarının istəklərini nəzərə almırlar, ictimai qınağa daha çox önəm verirlər. “Qohum-əqrəba, qonşu nə deyər?”. Bu da gəncləri yorur. Onlar da şəxsiyyətdir öz fikirləri, seçimləri və istəkləri var. Böyüklər, hətta yeni doğulan körpəyə belə şəxsiyyət kimi yanaşmalıdırlar. Biz də 3 yaşına qədər uşağa danışmağı hərəkət etməyi öyrədirik. 3 yaşından sonra bildiklərini nədənsə nümayiş etdirməyə imkan vermirik. “Sus”, “danışma, uşaqsan, uşaq yerini bil”, “sən nə bilirsən, uşaqsan” deyə yanaşırlar. Elə ailələr tanıyırıq ki, ovladının artıq 40 yaşı var özü ailə başçısıdır, lakin özünü və ailəsini valideyni idarə edir. Niyə? Çünki ona böyüməyə, özünü sübut etməyə şərait vərməyiblər. Bir gənc üçün çox acınacaqlı haldır. Hər bir problemin kökündə ailə durur, ailənin kotekskeri və ictimai fikirlərə önəm vermək. Bunları aşa bilsələr, bu cür problemlər də zənnimcə azalar. İcazə verin dünyaya gətirdiyiniz şəxslər inamlı olsunlar, inkişaf etsinlər və gələcəyə yararlı kadrlar olsunlar. Çünki gənclər parlaq gələcək deməkdir!!!

 

- Oxucularımıza sonda nə demək istərdiniz?

-Gözəl oxucularımıza sonda onu diqqətə çatdırmaq istərdim ki, ümumiyyətlə övlad böyüdən hər bir valideynə balaca tövsiyəmiz olsun. Övladınızı uğur qazanan bir gənc olaraq görmək istəyirsinizsə, onlarda güvən hissini aşılayın. Güvən varsa özgüvən var, özgüvən varsa başarılı bir şəxs var deməkdir. Sizə bu yolda düzgün istiqaməti peşəsini bilən psixoloq göstərə bilər. Müraciət etməkdən çəkinməyin. Zamanında müdaxilə onların fizioloji psixoloji həyat sığortasıdır!

 

- Müsahibə üçün təşəkkü edirik.

- Çox sağ olun!

 

Xəyal Abdullayev

Azmedia.com.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!