Tanışı ev sahibini bıçaqladı - TƏFƏRRÜAT

ÖLKƏ

13 Aprel 2024 10:54

Oxunma sayi: 401
Tanışı ev sahibini bıçaqladı  - TƏFƏRRÜAT

Mingəçevir şəhərində tanışların arasında mübahisə yaranıb, bıçaqlanan var. Azmedia.Az-ın məlumatına görə hadisə  şəhər sakini Qurban İsmayılovun   yaşadığı mənzildə baş verib.Tanışı ilə ev sahibi arasında düşən  mübahisə zamanı 1988-ci il təvəllüdlü  Yaməddin  Rüstəmov 27 yaşlı Qurban İsmayılova bıçaqla xəsarət yetirib. Q.İsmayılov isə Y.Rüstəmovu  döyüb xəsarət yetirib.  Bıçaqlanan və xəsarət alan  şəxslər xəstəxanaya çatdırıllb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan baş vermiş  hadisə ilə bağlı   Azmedia.Az-ın sorğusuna cavab olaraq  bildirilib ki, müvafiq ekspertiza təyin olunub, izahatlar alınıb və araşdırma aparılır.

Ehtiram Muradov

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!