Tellinin qohumu toyda ölüb

ŞOU BİZNES

07 Noyabr 2019 18:00

Oxunma sayi: 406
Tellinin qohumu toyda ölüb

"Bacımın yoldaşını anası toyda dünyaya gətirib. Adını da Toyda qoyublar. İndi toyda öldü. Kənddə xeyir iş var imiş, gedib. Məclisin sonunda Toyda yıxılıb, həkim çatana kimi keçinib".

 

Azmedia.az xəbər verir ki, bu sözləri aşıq Telli Borçalı "Şou ATV" verililişində deyib. O, bacısının ərinin bu yaxınlarda toy məclisində dünyasını dəyişdiyini deyib:

 

"İki övladı qaldı. Bacıma bəd xəbəri qaynı verib. Həmin gün ATV-də çəkilişdə idim. Telefonum da sönmüşdü. Getdim evə açdım ki, nə qədər zəng gəlib. Zəng vuranda artıq bəd xəbəri dedilər".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!