Tərtərdə “Jiquli“ mikroavtobusla toqquşdu, 4 yaralı var

ÖLKƏ

26 Aprel 2024 10:21

Oxunma sayi: 241
Tərtərdə “Jiquli“ mikroavtobusla toqquşdu,  4 yaralı var

Tərtərdə ağır yol qəzası olub.

Hadisə şəhərin E.Hüseynov küçəsində baş verib. Məmmədzadə Şaiq İlham oğlu idarə etdiyi “VAZ 21104” markalı minik avtomobili ilə eyni istiqamətdə qarşıda hərəkət edərək sola dönən Rzayev İlham Mustafa oğlunun idarə etdiyi “QAZ 32213” markalı mikroavtobus ilə toqquşub.

Nəticədə mikroavtobusda olan sərnişinlər Çələbiyeva Təranə Qamil qızı, Quliyeva Dilarə Məhərrəm qızı, Əliyeva Gülnarə Eldar qızı və Əlizadə Lalə Vüqar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!