Teymur Rəcəbov Prezidentə və xanımına təşəkkür etdi

ÖLKƏ

08 Oktyabr 2019 01:07

Oxunma sayi: 607
Teymur Rəcəbov Prezidentə və xanımına təşəkkür etdi

Şahmat üzrə Dünya Kubokunun qalibi Teymur Rəcəbov qələbə münasibətilə onu təbrik edən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

 

Azmedia.az"Qafqazinfo”ya istinadən xəbər verir ki, qrossmeyster təşəkkür mesajında bildirib:


"Xoş sözlərə görə və məni bu nailiyyətimdən ötrü təbrik edən Cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Mənim bu oyunum və qələbəm həmvətənlərimi qürurlandırmaq və onlara ağlasığmaz olanın belə mümkünlüyünü göstərməkdən başqa bir şey deyil”.
 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!