Təzyiqi və şəkəri olanlar üçün YENİ XƏBƏR

SAĞLAMLIQ

27 Sentyabr 2019 20:06

Oxunma sayi: 312
Təzyiqi və şəkəri olanlar üçün   YENİ XƏBƏR

Sentyabrın 29-da Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Səhiyyə Nazirliyinin dəstəyi ilə xeyriyyə aksiyası keçiriləcək.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azmedia.az-a verilən məlumata görə, Ümümdünya Ürək Gününə həsr olunmuş aksiya zamanı ürək-damar xəstəliklərinin profilaktikasına dair tövsiyyələr əks olunan bukletlər paylanılacaq.

 

Eyni zamanda, müraciət edən şəxslərin arterial təzyiqi, mərkəzi aortal təzyiqi ölçüləcək, qanda şəkərin səviyyəsi təyin ediləcək, arterial təzyiqin gün ərzində monitorlaşmasının əhəmiyyəti başa salınacaq və aparılma üsulu əyani şəkildə nümayiş etdiriləcək.

 

Qeyd edək ki, aksiya saat 12:00-da Gənclik Mall-da keçiriləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!