Ticarət mərkəzində döyülən oğlanla bağlı araşdırma BAŞLADI - FOTO

ÖLKƏ

25 Mart 2024 21:18

Oxunma sayi: 765
Ticarət mərkəzində döyülən oğlanla bağlı araşdırma  BAŞLADI - FOTO

Bir neçə gün öncə ticarət mərkəzlərinin birindəki tualetdə Kənan adlı şəxsin döyüldüyü deyilir.

Azmedia.az Viral.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə ictimai birliklərdən birinin rəhbəri Elnarə Qasımova məlumat yayıb.

Onun sözlərinə görə, hadisə şahidləri bildirib ki, zərbələr Kənanın göz nahiyəsinə vurulub, bundan sonra isə tualet tamamən qan içində olub.

E. Qasımova əlavə edib ki, autizmli şəxs olan Kənanın hansı səbəbdən döyüldüyü məlum olmasa da, məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Məsələyə DİN-in Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov reaksiya verib.

Z. Hüseynov bildirib ki, fakt icraata qəbul edilib: “Məsələ araşdırılır. Nəticəsi barədə məlumat veriləcək”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!