“Tik Tok”da YENİLİK: Artıq alış veriş etmək ...

İKT

13 Noyabr 2022 10:04

Oxunma sayi: 566
“Tik Tok”da YENİLİK:  Artıq alış   veriş etmək ...

“Tik Tok” sosial şəbəkəsində məhsulların alınması və satışı üçün test funksiya işə salınıb.

Belə ki, Pekində yerləşən şirkət ABŞ-ın bir neçə iri müəssisəsinə öz məhsullarını birbaşa “Tik Tok” proqramı vasitəsilə satmağa imkan verəcək yeni funksiyanı sınaqdan keçirmək üçün müraciət edib.

ABŞ-dan olan satıcılar artıq “Tik Tok Shop”u sınaqdan keçirməyə başlayıblar.

Tezliklə digər məşhur beynəlxalq şirkətlərin də bu funksiyaya qoşulmağı planlaşdırdığı qeyd edilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!