Tom Kruz böyük uşaqları ilə ilk dəfə ictimaiyyət qarşısında görüntülənib - FOTO

ŞOU BİZNES

08 May 2024 11:00

Oxunma sayi: 636
Tom Kruz böyük uşaqları ilə ilk dəfə ictimaiyyət qarşısında görüntülənib  - FOTO

Amerikalı aktyor Tom Kruz keçmiş həyat yoldaşı Nikol Kidmandan övladlığa götürdüyü böyük uşaqları ilə ictimaiyyət qarşısına çıxıb.

Fotoşəkli “Tampa Bey Bakkanyers”in keçmiş müdafiəçisi Derrik Brouks paylaşıb.

O, komandasının “Florida Panterz” ilə hokkey oyunundan əvvəl şəxsi səhifəsində paylaşım edib. İdmançı oyundan əvvəl Tom Kruzun onların ofisinə gəlməsindən heyrətləndiyini bildirib.

Bu, Tom Kruzun iki övladı ilə birlikdə çəkdirdiyi məlum olan yeganə fotoşəklidir. Aktyor sonuncu dəfə 2009-cu ildə Los-Ancelesdəki futbol matçında qızı İzabella və oğlu Konnorla şəkil çəkdirib.

Xatırladaq ki, Tom Kruz və Nikol Kidmanın boşanmasından sonra aktyor uşaqlarının gənclik və yetkinlik dövründə onlarla yaxın münasibət saxlayıb. Kruz və Kidman 1990-cı illərin əvvəlində aktrisa uşaqlıqdankənar hamiləlik və dölsalma yaşamasından sonra Konnor və İzabellanı övladlığa götürüblər.

 

Mənbə: kp.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!