Toy karvanında avtoxuliqanlıq edənlər həbs olundular - FOTO

ÖLKƏ

03 May 2024 09:41

Oxunma sayi: 275
Toy karvanında avtoxuliqanlıq edənlər həbs olundular  - FOTO

Ağdamda toy karvanında avtoxuliqanlıq edən beş sürücü inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan beş sürücü saxlanılıb.

Onların idarələrində olan avtomobillər isə müvəqqəti duracağa yerləşdirilib.

Saxlanılan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Qərara əsasən onlardan 2 nəfər barəsində inzibati qaydada 15 sutka həbs, digərlərinə isə cərimə növündə tədbir tətbiq olunub.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!