Türkiyədə 17 bölgədə FETÖ əməliyyatı - VİDEO

DÜNYA

02 May 2024 21:49

Oxunma sayi: 161
Türkiyədə 17 bölgədə FETÖ əməliyyatı -  VİDEO

Türkiyədə FETÖ-yə qarşı 17 vilayətdə həyata keçirilən "Kıskaç-14" əməliyyatları çərçivəsində 36 nəfər ələ keçirilib.

Azmedia.Az-ın xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Onun sözlərinə görə, əməliyyatlar Konya, Qaziantep, Hatay, Batman, Nevşehir, Ankara, İstanbul, Antalya, İzmir, Adana, Hakkari, Dənizli, Manisa, Kocaeli, Osmaniye, Bursa və Orduda keçirilib.

Əməliyyatlar nəticəsində böyük miqdarda xarici valyuta, türk lirəsi və çoxlu sayda rəqəmsal material və sənəd ələ keçirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!