Türkiyədə dəhşət: Gəlin və qayınana təndirdə yandı

DÜNYA

29 Aprel 2024 14:22

Oxunma sayi: 293
Türkiyədə dəhşət:  Gəlin və qayınana təndirdə yandı

Türkiyədə gəlin və qayınana təndirdə yanıb.

Azmedia.Az  xəbər verir ki, Dindək rayonunda Sebahat Nibak və gəlini Əminə Nibak təndirdə çörək bişirərkən faciə ilə qarşılaşıblar. Belə ki, ailənin övladları ehtiyatsızlıqdan qaz balonunu aşırıblar. Təndirə aşan qaz balonu partlayıb.  Hadisə nəticəsində qayınana Sebahat Nimak yanaraq ölüb, onun gəlini isə qonşular tərəfindən xilas olunub. 

Ağır yaralanan gəlininin reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!