“Twitter”dən özəl istifadəçilərinə gözəl hədiyyə FOTO

İKT

15 Aprel 2023 17:53

Oxunma sayi: 619
“Twitter”dən özəl istifadəçilərinə gözəl hədiyyə   FOTO

“Twitter” mətn mesajının həcmini kəskin şəkildə artırıb və şrift formatını tətbiq edib.

Məlumata görə, bu barədə şirkətin özündən xəbər verilib.

“Biz “Twitter”də yazı və oxu təcrübəsini təkmilləşdiririk! Bu gündən etibarən “Twitter” mətni qalın və ya kursivlə formalaşdırmaq imkanı ilə 10 000 simvol uzunluğuna qədər mesajları dəstəkləyir.

Qeyd olunub ki, mətnin formalaşdırılması imkanları “Twitter Blue” abunəçilərində görünür.

Bundan əvvəl mətn mesajının həcmi 280 simvoldan 4000 simvola qədər artırılmışdı.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!