“Twitter”in baş ofisindəki çarpayılar diqqət çəkdi FOTO

İKT

09 Dekabr 2022 10:26

Oxunma sayi: 610
“Twitter”in baş ofisindəki çarpayılar diqqət çəkdi   FOTO

BBC jurnalisti Ceyms Kleyton “Twitter”in San-Fransiskodakı baş ofisinin işçiləri üçün quraşdırılmış çarpayıların fotolarını dərc edib.

Şəkillər müxbirin “Twitter” hesabında yerləşdirilib.

Onun sözlərinə görə, kabinetdə çarpayı kimi açıqlmış bir neçə divan da var. “Görünür, bir çox “Twitter” əməkdaşı gecəni işdə qalır”, - deyə o qeyd edib.

O bildirib ki, sosial şəbəkənin yeni sahibi İlon Mask da mütəmadi olaraq “Twitter”in ofisində yatır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!