UEFA rəsmisindən Azərbaycan klubuna şad xəbər

İDMAN

26 Aprel 2024 14:17

Oxunma sayi: 185
UEFA rəsmisindən Azərbaycan klubuna şad xəbər

2024/25 mövsümündə Premyer Liqada komandaların sayının artırılması gündəmdədir.

Azmedia.Az offsideplus.az-a iistinadən xəbər verir ki, I Liqa təmsilçilərindən birinə “hazırlaşın” tapşırığı verilib.

Söhbət “İmişli”dən gedir. Sponsoru, İdarə Heyəti olan klubun tək problemi stadion məsələsidir. “Çəhrayı pələnglər” bunun həlli istiqamətində işlərə başlayıb. Hətta bir neçə gün öncə UEFA-nın stadion inspektoru Nebojsa İvkoviç İmişliyə səfər edib. Qurum rəsmisi arenanın ot örtüyünün dəyişməli olduğunu, soyunub-geyinmə, hakimlər, AFFA nümayəndəsi otaqlarının bərpa olunmasının vacibliyini klub rəhbərliyinin diqqətinə çatdırıb. Bundan əlavə, Nebojsa İvkoviç ofsayd və VAR kameralarının olduğu çəkiliş yerinin dəyişdirilməsinin lazım olduğunu qeyd edib.

Maraq üçün bildirək ki, arena tutumu 8500 nəfərlikdir. Bu problemlər həll olunacağı təqdirdə, “İmişli” Premyer Liqaya, hətta avrokuboklara vəsiqə qazanarsa, ev oyunlarını doğma meydanda keçirə bilər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!