Ukrayna NATO-nun üzvü olacaq - Stoltenberq

SİYASƏT

03 Aprel 2024 15:02

Oxunma sayi: 147
Ukrayna NATO-nun üzvü olacaq -  Stoltenberq

"Ukrayna NATO-nun üzvü olacaq". 

Azmedia.Az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın XİN rəhbərlərinin iclasından əvvəl mediaya açıqlamasında deyib. 

O deyib ki, üzvlük məslsəində qaldırılacaq sual "əgər" deyil "nə zaman"dır. 

"Moskva anlamalıdır ki, o, döyüş meydanında məqsədlərinə nail ola bilməyəcək". 

NATO Baş katibi əlavə edib ki, aprelin 4-də NATO-Ukrayna Şurasının iclası keçiriləcək. "İclasda Ukrayna xarici işlər naziri Dmitri Kuleba çıxış edəcək və biz hazırkı situasiyanı, Ukraynanın indiki və gələcək ehtiyaclarını müzakirə edəcəyik. Biz Ukraynanın NATO-ya və onun standartlarına daha da yaxınlaşması istiqamətində bu ölkəyə satınalmalardan tutmuş logistikaya qədər müxtəlif sahələrdə kömək edirik".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!