Ukraynada artilleriya zərbələri azərbaycanlıların evlərinə düşdü - VİDEO

DÜNYA

28 Fevral 2024 16:49

Oxunma sayi: 157
Ukraynada artilleriya zərbələri azərbaycanlıların evlərinə düşdü -  VİDEO

Ukraynada müharibə davam edir.

Azmedia.Az xəbər verir ki, baku tv-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. 

O bildirib ki, ötən gecə Donetsk vilayətinin Kramatorsk, Slavyansk, Çasov Yar şəhərləri Rusiya ordusunun hava hücumuna məruz qalıb.

Həmçinin qeyd edilib ki, Donetsklə yanaşı, Xerson, Zaporojye, Dnepropetrovsk və Odessa vilayətlərinə də hücum olub.

“Ukrayna müharibəsində yaya doğru vəziyyət daha da gərginləşir. Ukrayna rəhbərliyinin açıqlamasına görə, yaz aylarında Rusiya tərəfindən ciddi hücumlar gözlənilir. Lakin Ukraynanın da bu hücumlara hazırlaşdığı və əks-hücum əməliyyatı planlaşdırdığı deyilir”, - jurnalist əlavə edib.

O da bildirilib ki, son on gündə Donetsk vilayətində Çasav Yar, Konstantinovka və Toretsk şəhərlərində dörd azərbaycanlının evi artilleriya zərbələri nəticəsində dağılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!