Ukraynada səfərbərlik gücləndirilir

DÜNYA

16 Aprel 2024 20:05

Oxunma sayi: 152
Ukraynada səfərbərlik gücləndirilir

Ukrayna Prezidenti Volodimir Zelenski yüz minlərlə ukraynalının silahlı qüvvələrə çağırılmasına imkan verəcək səfərbərliyin sərtləşdirilməsi haqqında qanunu imzalayıb.

Qanunda olan normaların bəziləri dərc edildikdən dərhal sonra, böyük hissəsi isə bir aydan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, Ukrayna Ali Radası sənədi aprelin 11-də ikinci və yekun oxunuşda qəbul edib.

Qanun səfərbərlik prosedurunu və hərbi xidmətdən yayınanların cəzasını sərtləşdirir. Bundan əlavə, səfərbərliyə məruz qalan şəxslərin kateqoriyaları dəqiqləşdirilir. Bunun yüz minlərlə ukraynalının səfərbər olmasına gətirib çıxaracağı gözlənilir.

Mənbə: rbc.ua

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!