Venesuela Ekvadorla diplomatik əlaqələri kəsdi

DÜNYA

17 Aprel 2024 00:57

Oxunma sayi: 154
Venesuela Ekvadorla diplomatik əlaqələri kəsdi

Meksikanın Kitodakı səfirliyinə hücumdan sonra Venesuela da Ekvadorla diplomatik əlaqələri kəsib.

Venesuela prezidenti Nikolas Maduro Ekvadorda beynəlxalq hüquq aydın şəkildə bərpa olunana qədər Kitodakı diplomatik missiyanın bağlanması və əməkdaşların geri çağırılması barədə göstəriş verib.

Qeyd edək ki, bunadək bir sıra digər Latın Amerikası ölkələri, eləcə də Meksika oxşar addım atıb.

Mənbə: Reuters

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!