Vilayət Eyvazovdan yeni təyinat

ÖLKƏ

06 May 2024 15:08

Oxunma sayi: 477
Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xankəndi Polis Şöbəsinə yeni təyinat olub.

Azmedia.Az  xəbər verir ki, əmrə əsasən polis kapitanı Alim Eldar oğlu Bağırov Xankəndi Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin yeni rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Bağırov bundan öncə Göygöl rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. O, Xocalı rayon Polis Şöbəsində rəis vəzifəsində çalışmış mərhum Eldar Bağırovun oğludur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!