“WhatsApp” 2 milyon 918 min hesabı blokladı

İKT

03 Mart 2023 15:18

Oxunma sayi: 1780
“WhatsApp” 2 milyon 918 min hesabı blokladı

“Meta” şirkətinə məxsus olan ani mesajlaşma tətbiqi “WhatsApp”da yanvar ayı ərzində təkcə Hindistanda ümumilikdə 2 milyon 918 min hesab bloklanıb.

Bu barədə “WhatsApp”ın dərc etdiyi hesabatda bildirilib.

Qeyd edilib ki, 2023-cü ilin ilk ayında Hindistanda bloklanan bu hesabların 1 milyon 38 mini əvvəlcədən aşkar edilərək heç bir şikayət olmadan bağlanıb.

Adətən, “WhatsApp” “İstifadəçinin təhlükəsizliyi hesabatı” və istifadəçilərdən gələn şikayətlər əsasında hesabları bloklayır. Bununla belə, “WhatsApp” bəzən platformadan sui-istifadə ilə mübarizə aparmaq üçün özünün qabaqlayıcı tədbirlərini də həyata keçirir.

Mənbə: Haber Global

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!