“Whatsapp” da yeni FUNKSİYA

İKT

14 Aprel 2023 14:56

Oxunma sayi: 920
“Whatsapp”   da yeni FUNKSİYA

“WhatsApp” messencerinin administrasiyası xidmətin yaxın aylarda əlavə olunacaq yeni funksiyalarından danışıb.

Şirkətdən bildiriblər ki, onlar istifadəçilərin məxfilik və təhlükəsizlik səviyyəsini gücləndirməyə yönəldiləcək.

Əvvəla, WhatsApp hesabını yeni cihaza köçürərkən indi istifadəçidən köhnə cihazdakı hərəkəti təsdiqləməsi tələb olunacaq. “Bu funksiya sayəsində başqası sizdən xəbərsiz hesabınızı yeni cihaza köçürməyə cəhd edərsə, xəbərdarlıq alacaqsınız”, - deyə  messencerin administrasiyası bildirib.

Bundan əlavə, haker hücumundan qorunmaq və bütün hesabları yoxlamaq üçün əlavə tədbirlər barədə məlumat veriləcək- bu funksiya istifadəçidən heç bir hərəkət tələb etmədən avtomatik işləyəcək.

Həmçinin WhatsApp-da “Şifrələmə” bölməsində təhlükəsizlik kodlarının yoxlanılması funksiyası olacaq.

Bu, istifadəçiyə həmsöhbətlə yazışmalarının kənar müdaxilələrdən qorunduğundan əmin olmağa kömək edəcək.

mənbə:qazeta.ru

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!