“WhatsApp” messencer istifadəçilərini məhdudlaşdıracaq

İKT

10 Mart 2022 09:02

Oxunma sayi: 376
“WhatsApp” messencer istifadəçilərini məhdudlaşdıracaq

“WhatsApp” messencerinin yeni beta versiyasında toplu mesajların yönləndirilməsinə məhdudiyyət qoyulub.

 

İndi istifadəçi “yönləndirildi” işarəsi ilə mesaj alarsa, onu eyni anda bir neçə qrup çatına yönləndirə bilməyəcək.

Məhdudiyyət “Google Play”-də yerləşdirilən “WhatsApp Beta” 2.22.7.2 versiyasında aşkar edilib.

Yeni məhdudiyyətlərin səbəbləri açıqlanmayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!