“WhatsApp” “Telegram”ın daha bir faydalı funksiyasını özünə əlavə edir FOTO

İKT

27 Aprel 2023 10:01

Oxunma sayi: 1811
“WhatsApp” “Telegram”ın daha bir faydalı funksiyasını özünə əlavə edir   FOTO

“WhatsApp” tərtibatçıları “Telegram”da olan daha bir funksiyanı öz tətbiqlərinə əlavə etməyə hazırlaşırlar. Belə ki, növbəti yeniləmələrdən birində mesencerə kanallar əlavə ediləcək.

Kanallar “Telegram”da olduğu kimi eyni prinsiplə işləyir: qlobal axtarış var, lakin tövsiyə sistemi yoxdur.

Qeyd olunur ki, bu cür kanallarda telefon nömrələri və onlara abunə olan istifadəçilər haqqında məlumatlar gizlədiləcək. Ancaq kanallardakı mesajlar “başdan sona” (“end-to-end”) texnologiyasından istifadə edilməklə şifrələnməyəcək.

 

Kanallar artıq “iOS” və “Android” üçün “WhatsApp” proqramının beta versiyalarında mövcuddur. Əgər sınaq uğurlu olarsa, o zaman funksiya növbəti yeniləmədə görünəcək.

Yeri gəlmişkən, “WhatsApp” daha bir funksiyada “Telegram”la rəqabət aparmaq istəyib. Belə ki, “Telegram”ı digərlərindən üstün edən cəhəti şəkilləri orijinal keyfiyyətlə göndərmək funksiyasıdır. “WhatsApp” bu funksiyanı işə salmağa çalışsa da, yeniləmə gözlənilən nəticəni verməyib: “Ayarlar”da “ən keyfiyyətli” seçiminə baxmayaraq, foto göndərilərkən tətbiq faylı sıxmağa və keyfiyyəti azaltmağa davam edib. “WhatsApp”ın vəziyyətdən xəbərdar olduğu və səhvi düzəltmək üçün hərəkətə keçdiyi öyrənilib.

Mənbə: WABetaInfo

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!