“WhatsApp“da növbəti YENİLİK

MARAQLI

18 Yanvar 2024 15:24

Oxunma sayi: 63
“WhatsApp“da növbəti  YENİLİK

"WhatsApp" tərtibatçıları yeni funksiyanı açıqlayıblar.

Azmedia.Az-ın xəbərinə görə, bu barədə "TechCrunch" portalı məlumat yayıb.

Qeyd olunur ki, yenilik kanallarda administratorlar və kanal sahibləri tərəfindən səsli mesajların göndərilməsi funksiyasıdır.

Şirkət bildirir ki, 2 milyard istifadəçi bazası gündəlik 7 milyard səsli mesaj göndərir.

Şirkət həmçinin kanal yeniləmələrini şəxsi "WhatsApp" statusuna – söhbət proqramının hekayələr funksiyasına paylaşmaq imkanı yaradır.

"İnstagram"da istifadəçilərə kanallardakı yazıları hekayələrinə əlavə etmək imkanı verən oxşar xüsusiyyət var.//baku.ws

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!